|
Şirkət əmək fəaliyyətini müştərilərin iş qrafiki ilə uyğunlaşdıraraq, vaxt itkisi vermədən, sifarişçinin istəyinə uyğun səriştəli və peşəkar qurur.Reklam çarxlarının istehsalında sadəcə yerli kadrlarla deyil həm də xaricdəki istehsalçılarla da həm creativ həm də texniki məsələlərdə iş birliyimiz ola bilir. Biz agentlik olaraq sifarişi alıb onun ideya və senarisindən asılı olaraq çəkilişə dəvət edəcəyimiz qrupu təyin edirik (rejissor, operator,işıqcı,aktyorlar, qrim ustası və s) ki, bu da reklam bazarında gordüyümüz işlərin eyni dəbli olmadığını təsdiqləyir. İş əsnasında müştərinin istəyinə tam riayət olunması üçün sifariş müştəri ilə interaktiv əlaqə vasitəsilə həyata keçirilir. Hər bir məhsulun başlanğıcı (mətn, ideya, üslub, işin görülmə tərzi) və tam hazır məhsul (film, reklam, mətn və kadrlar) sifarişçi tərəfindən təsdiq olunduqdan sonra professional kassetlərdə sifarişçiyə təqdim olunur.
|